Logo
    main-post-cover

    Intel prosessorların ayr-ayrı funksiyalarını DLC şəklində satacaq

    Elm & Texnologiya
    24.11.2022
    Emil
        Intel şirkəti Intel On Demand adlı yeni proqramı təqdim edib. Təqdim edilmiş bu proqram prosessorların ənənəvi şəkildə təkmilləşdirilməsi üsulunun rahat alternativi rolunda çıxış edir. Intel On Demand proqramı çərçivəsində şirkət öz müştərilərinə yeni prosessorların alınması məsələsində qənaət etməyi təklif edəcək. Belə ki, şirkət ayrıca ödəniş müqabilində prosessorların əlavə imkanlarının aktivləşdirilməsini reallaşdıracaq. Əlavə funksiyaların alınması imkanına sahib olacaq ilk prosessorlar 4-cü nəsil Xeon Scalable Sapphire Rapids seriysının prosessorları olacaq.
        Sözügedən prosessorlar software səviyyəsində deaktiv halda olacaq Software Guard, Dynamic Load Balancer (DLB), Intel Data Streaming Accelerator (DSA), Intel In-Memory Analytics Accelerator (IAA) və Intel Quick Assist (QAT) texnologiyalarını özündə birləşdirəcəklər. Müştərilər isə öz istəklərinə uyğun olaraq prosessorların əlavə imkanlarını müəyyən ödəniş müqabilində aktivləşdirə biləcəklər. Intel-in sözlərinə əsasən bu üsul ilə müştərilər istifadə etmədikləri texnologiyalar vasitəsilə öz vəsaitlərinə qənaət edə biləcəklər.
        Prosessorların təkmilləşdirilməsi halında isə onlar CPU-nun fiziki şəkildə dəyişdirilməsi əvəzinə sadəcə olaraq onun əlavə imkanlarını müəyyən ödəniş müqabilində aktivləşdirmək mümkün olacaq. Intel On Demand proqramının əlavə şərtləri və prosessorlardakı ayrı-ayrı imkanların aktivləşdirilməsinin hansı qiymətə başa gələcəyi barəsində məlumatlar daha sonra veriləcək. Gözləntilərə əsasən Intel sözügedən proqramı yalnız serverlər bazarında tətbiq edəcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə şirkət eyni proqramı adi desktop prosessorlar üçün də reallaşdırmağı planlaşdırırdı. Lakin nəticədə bu, ideya olaraq qaldı.
    Paylaş
    Bənzər xəbərlər