Logo
    main-post-cover

    ABŞ-da ağcaqanad ölçüsündə mikro dronlar hazırlanır

         ABŞ ordusu ölçüsü ağcaqanadın ölçüsündə olan mikroskopik pilotsuz uçuş aparatları üzərində işləyir. Onların mümkün tətbiq sahələrinə kəşfiyyat, dəqiq zərbələr və bioloji reagentlərin çatdırılması daxildir. Kiçik ölçülər gizliliyi və mobilliyi təmin edir, lakin batareyanın ölçüsü və tutumu səbəbindən əməliyyat müddətini ciddi şəkildə məhdudlaşdırır. Belə silah kimyəvi və ya bioloji silahın daşıyıcısı kimi qiymətləndirilə bilər. Məlumdur ki, hazırda bu mikrodronların təşkil olunmuş sürü halında inteqrasiyası üçün onlara süni intellekt elementlərinin yerləşdirilməsi imkanını öyrənən elmi-tədqiqat işləri aparılır.
         Qanunvericilik baxımından bu cür sistemləri tənzimləyən hüquqi baza hələ tam formalaşmayıb - bu sahədə əslində hüquqi boşluq hökm sürür. Belə mikropilotsuz aparatların işlənməsi və tətbiqi boz zonada yerləşir. Texnologiyaların hələ tam yetişməməsinə və beynəlxalq qanunvericilikdə boşluqlara baxmayaraq, ölçüləri getdikcə kiçilən dronlar müasir orduların silah arsenallarına tədricən daxil olmağa başlayır. Nəticədə döyüş aparma üsullarında yeni yanaşma formalaşa bilər. İqtisadi amil də rol oynayır: mövcud dronəleyhinə sistemlər bahalı və mürəkkəb qalır, halbuki mikrodronların aşağı qiyməti baha texnikanın əvəzlənməsinə və daha az xərc hesabına əməliyyatların miqyasının artırılmasına imkan yaradır.
    Paylaş