
ABŞ-da Galaxy Note 7 ilə bağlı sərt cəzalar qəbul olundu
Elm & Texnologiya
07.05.2017
Farid
Keçən həftə ABŞ köküməti Galaxy Note 7 smartfonlarının təyyarələrə daxil edilməsi barəsində qadağa qəbul etmişdir.
Qərara əsasən sərnişinlərə nəinki
smartfonu təyyarəyə daxil etmək, hətta onu yük hissəsinə qoymaq belə qadağan
edilib. Bundan əlavə olaraq aviaşirkətlərin Galay Note 7 ilə baş vermiş hadisələrə
görə sözügedən model smartfon işlədən sərnişinləri təyyarəyə buraxmamaq kimi
bir hüquqları da mövcuddur. Bu hələ son deyil. Bu qadağanı pozmuş hər-hansı bir
sərnişin 179.933$ cərimə ödəməklə yanaşı həmçinin cinayət məsuliyyəti daşıyır.
Bu halda sərnişini 10 il həbs cəzası gözləyə bilər. "Technote.az"ın "Theverge.com"a istinadən verdiyi xəbərə əsasən hər
iki cəza növü birdən icra oluna bilər. Digər sözlə desək Galaxy Note 7 silah vəpartlayıcı cihazla eyni səviyyədə durur. Onun təyyarəyə daxil edilməsi isə federal cinayət hesab olunur.
Paylaş
Bənzər xəbərlər