main-post-cover

    ABŞ-da iki ailədə spinner partlayıb

    Elm & Texnologiya
    30.06.2017
    Emil Nəcəfov

    ABŞ-ın müxtəlif ştatlarından olan iki xəbər agentliyi, batareyalı spinnerlərin enerji yığan zaman partladıqları xəbərini yayıb.

    İlk öncə gəlin müəyyənləşdirək ki, spinner üçün batareya nəyə görə lazımdır? Məsələ burasındadır ki, alıcının diqqətini cəlb etmək üçün bir çox istehsalçılar onlara müxtəlif eklektronik xüsusiyyətlər əlavə edirlər. Beləliklə hal hazırda səs effektli, işıqlı və hətta bluetooth özəllikli spinnerlər var. Onlardan bəziləri adi batareya, digərləri isə hər dəfə enerji doldurmanı tələb edən batareyalar vasitəsilə çalışır. Məhz ikinci halda problemlər yaşanmağa başlayıb. Öz spinnerlərini enerji yığmaya qoyduqları zaman iki ailə (biri Miçiqan ştatından, digəri isə Alabama ştatından) həmin spinnerlərin az qala yanğına səbəb olacaqlarını öyrəniblər. Spinnerlərdən biri hətta xalçanı tamamilə yandırmağa da nail olub. ABŞ-ın İstehlakçı məhsulları üzrə təhlükəsizlik komissiyası artıq bu məsələ ilə bağlı istintaqa start verib. Bundan əlavə olaraq komissiya bildirib ki, o həmçinin balaca uşaqların, spinnerləri ağızlarına saldıqlarında az qala boğulma hadisələri üzrə də istintaq aparır. Beləliklə məsləhətimiz öz kiçik spnnerlərinizdən muğayət olun. Onlar sizə və ya azyaşlı uşaqlarınıza zərər verə bilər.
    Linki kopyala