main-post-cover

    ABŞ'da iPhone XS Max smartfonu bir nəfərin cibində alışıb yanıb

    Elm & Texnologiya
    29.12.2018
    Farid Pardashunas
        Ohayo ştatının sakini özünün iPhone XS Max smartfon modelinin alışıb yanmasından xəbər verib. Bu barədə 9to5mac saytı bildirib. Josh Hillard adlı şəxsin verdiyi məlumata əsasən smartfon bu hadisənin baş verməsindən 3 həftə öncə alınıb. Josh Hillard bildirib ki, hadisənin baş verməsindən öncə o ilk öncə smartfonun yerləşdiyi arxa cibindən qəribə qoxu hiss edib. Daha sonra Josh smartfondan gələn qeyri-adi istiliyi hiss edib. Bir qədər sonra isə smartfondan tüstü çıxmağa başlayıb və nəticədə o yanıb.

        Hadisədən sonra Josh yanmış smartfon barəsində məlumat vermək və onu yenisinə dəyişdirmək üçün dərhal Apple mağazasına yollanıb. Lakin mağaza əməkdaşları baş vermiş hadisəyə bir qədər laqeyd yanaşıblar. İlk öncə onlar 20 dəqiqə ərzində smartfonla nə baş verdiyini öyrənməyə çalışıblar. Daha sonra əlavə 40 dəqiqə ərzində yanmış cihazın yoxlamasını aparıblar. Nəticə etibarilə Josh Hillard-a yanmış iPhone XS Max modelinin dəyişdirilməsində imtina edilib.

        Mağaza əməkdaşlarının sözlərinə əsasən yanmış cihaz şirkətin mühəndis xidməti şöbəsinə göndərilməli və yanmanın dəqiq səbəbi təyin olunmalıdır. Lakin Josh bu təklifdən imtina edib və yanmış cihazı özü ilə götürərək mağazadan ayrılıb. Öz qərarını Josh Apple şirkətinin öz müştərilərinə laqeyd yanaşması ilə əlaqələndirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər