
ABŞ-da robot balaca uşağa zərər yetirib
Elm & Texnologiya
07.05.2017
Farid
Stenford-un mərkəzində 7 iyul tarixində mühafizəçi robot 16
aylıq uşağı yerə yıxaraq üzərindən keçib. Uşağın anasının verdiyi məlumata əsasən
robot ilk öncə onun oğlunu başından itələyərək yerə yıxıb. Daha sonra isə onun
üzərindən keçib. Robotun 136 kq çəkidə olmasına baxmayaraq uşaq ayağındakı
böyük cızıq izi ilə canını qurtarıb. Çox güman ki, robot uşağın boyunun balaca
olmasından onu görməyib. Zərər çəkmiş uşağın anası düşünür ki, bu cür hallar
bir daha baş verə bilər. Buna görə də K5 adlı robot mühafizəçinin təkmilləşdirilməsinə
ehtiyac var. Sözügedən robot ətraf mühiti kamera, mikrofon və xüsusi skanerlər
vasitəsilə incələyir. O avtonom rejimdə çalışdığı üçün onu mütamadi idarə etmək
mümkün olmur. K5 robotunun hazırlanması və istehsalı ilə məşqul olan
Knightscope şirkəti isə bu məsələ ilə bağlı hələki heç bir açıqlama verməyib.
Paylaş
Bənzər xəbərlər