main-post-cover

    ABŞ əsgərləri artırılmış reallıq funksiyasına sahib kontakt linzalar əldə edə bilərlər

    Elm & Texnologiya
    30.04.2019
    Farid Pardashunas
        ABŞ-ın perspektivli tədqiqat layihələri üzrə idarəetmə şöbəsi olan DARPA fransalı mühəndislərin yaratdıqları yeni texnologiyada maraqlıdır. Söhbət, artırılmış reallıq funksiyasına sahib kontakt linzalardan gedir. Bu barədə Hightech.plus saytı xəbər verib. Bu cihaz nəinki görmə qabiliyyətini yaxşılaşdırır, həmçinin naqilsiz şəbəkə vasitəsilə vizual informasiyanı da ötürür. Kontakt linza çox kiçik və elastiki enerji mənbəyini əldə etmiş ilk belə bir cihazdır.
        IMT Atlantique-dən olan tərtibatçıların sözlərinə görə bu kontakt linzalar bir dəfə şarj olunandan sonra bir neçə saat ərində tam funksional şəkildə çalışa bilirlər. Baxmayaraq ki, bu linza ilk əvvəl tibb və istehsalat sahələri üçün nəzərdə tutulurdu, o, DARPA-nın diqqətini çəkib. Hərbçilər artıq 10 ildən çoxdur ki, kompakt və yüksək texnologiyalı artırılmış reallıq cihazını yaratmağa çalışırlar. Məsələn 2012-ci ildə ABŞ-ın Innovega adlı şirkəti DARPA-nın dəstəyi ilə standart eynəyin daxili səthinə yaxşılaşdırılmış və artırılmış təsviri ötürə biləcək kontakt linzaların hazırlanmasına start vermişdi.
        3 ildən sonra isə İsveçrədən olan tədqiqatçılar amerikalı hərbçilərin maliyyələşdirilməsi vasitəsilə hazırlanmış xüsusi kontakt linzaları təqdim etmişdilər. Həmin linzalar hərbi layihə səviyyəsini daşıyırdılar və özlərində zoom özəlliyini dəstəkləyirdilər. Bütün bu təşəbbüslər artırılmış reallıq texnologiyasının inkişafının əsası oldular. Çox halda söhbət, hələki yüksək texnologiyalı eynəklərdən gedir. Hərbçilərin futuristik kontakt linzaları nə zaman əldə edəcəkləri isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər