Logo
    main-post-cover

    ABŞ Hərbi Hava Qüvvələrinin reaktiv qırıcı dronu testlərdən uğurla keçib

         ABŞ-ın hərbi-sənaye şirkəti General Atomics Aeronautical Systems (GA-AS) yeni nəsil pilotsuz qırıcı aparat olan YFQ-42A-nın sınaq nümunəsini hazırlayıb sınaq uçuşuna çıxarmaq üçün 1 ildən az vaxta ehtiyac duydu. Avtonom uçmaq və aparıcı təyyarə ilə birlikdə fəaliyyət göstərmək qabiliyyətinə malik yeni PUA ABŞ Hərbi Hava Qüvvələrinin ucuz dron arsenalına daxil olacaq - Pentaqon minlərlə belə pilotsuz uçuş aparatını almağı planlaşdırır. YFQ-42A General Atomics Aeronautical Systems müdafiə şirkətinin ən yeni pilotsuz reaktiv təyyarəsidir və “hava-hava” rejimində yarıavtonom idarəetməyə yönəlib. O, Collaborative Combat Aircraft proqramı çərçivəsində yaradılıb, proqramın məqsədi pilotlu qırıcılarla birlikdə böyük sayda ucuz reaktiv avtonom təyyarələrin yerləşdirilməsidir.
         Şirkətin əvvəlki pilotsuz aparatlarından fərqli olaraq, çoxməqsədli zərbə dronu YFQ-42A hava döyüşü aparmaq üçün və aşağı radiolokasiya görünürlüğü tələbləri nəzərə alınaraq hazırlanıb. İrəliləmiş rəqəmsal modelləşdirmə texnologiyaları şirkətə dronun hazırlanma sürətini əhəmiyyətli dərəcədə artırmağa və eyni zamanda onun xüsusiyyətlərini yaxşılaşdırmağa imkan verdi. Sistem şirkətin 5 ildən artıq müddətdə MQ-20 Avenger təcrübi pilotsuz təyyarəsinin uçuş sınaqlarından topladığı təcrübəni nəzərə alır. Məlumata görə, YFQ-42A geniş qanad açıları, müxtəlif faydalı yüklər daşımaq imkanları və 700 dəniz milindən (1296 km) çox uçuş radiusu ilə seçilir.
         O, AESA radarı, passiv kəşfiyyat vasitələri və döyüş əməliyyatlarının adaptiv planlaşdırma sistemi ilə təchiz ediləcək. Süni intellekt əsaslı avtonom prosessor və proqram təminatı aparata pilotlu qırıcılarla birlikdə yarıavtonom fəaliyyət göstərməyə imkan verir ki, bu da rəsmilərin sözlərinə görə, döyüşdə həlledici üstünlük yaradır. Mühərrik kimi isə turboreaktiv Williams FJ44 seçilib. Dronun hazırlanması üzrə müqavilənin imzalanmasından uçuşlara qədər cəmi 16 ay keçib: ABŞ Hərbi Hava Qüvvələri 2024-cü ilin aprelində YFQ-42A-nın seriyalı nümunəsinin yaradılması və istismarı üçün GA-ASI şirkətini seçib. Bu, seriyalı hərbi təyyarə üçün olduqca qısa müddətdir.
    Paylaş