main-post-cover

    ABŞ hökuməti Amazon, Apple, Facebook və Alphabet şirkətlərinin CEO'larının özəl yazışmalarını tələb edir

    Elm & Texnologiya
    16.09.2019
    Farid Pardashunas
        ABŞ konqressinin hüquq komitəsi 4 böyük texnoloji şirkətə qarşı antimonopoliya istintaqı aparır. Söhbət, Apple, Amazon, Facebook Alphabet (Google şirkətinin sahibi) şirkətlərindən gedir. Komitənin sədri olan Jerry Nadler-in sözlərinə əsasən bu şirkətlərdən ibarət qrupun online kommersiya və kommunikasiya bazarının böyük bir hissəsinin ələ keçirtməsi barəsində məlumat var.
        Bu məsələnin aydınlaşdırılması üçün konqress sadalanmış şirkətlərdən onların fəaliyyətlərini əks etdirən sənədləri tələb edib. Bu barədə CNBC saytı xəbər verib. Konqress tərəfindən tələb olunan sənədlər əsasən rəqabət praktikalarını, vacib iş qərarlarını və şirkət CEO-larının elektron ünvanlarındakı özəl məktubları əhatə edir. Lakin konqressi ən çox maraqlandıran Amazon CEO-su Jeff Bezos-un, Apple CEO-su Tim Cook-un, Facebook CEO-su Mark Zuckerberg-in və Alphabet şirkətinin əsas şəxsləri olan Larry Page-in, Sergey Brin-in və Eric Schmidt-in özəl yazışmalarıdır.
        Bununla yanaşı ABŞ hökuməti Facebook şirkətinin Instagram, Whatsapp servislərini və Onavo adlı analitik şirkətini almasını, Amazon şirkətinin potensial rəqabət təhlükəsinə sahib alqoritmlərini və Google şirkətinin reklam biznesini araşdırır. Apple şirkətinə gəldikdə isə daha öncədən çoxlu sayda məlumat yayılmışdı ki, şirkət App Store online mağazasında rəqiblərin tətbiqlərindən daha çox öz tətbiqlərinə üstünlük verir. Bu şirkətlər vacib sənədləri və CEO-larının yazışmalarını 14 oktyabr tarixinə kimi təqdim etməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər