main-post-cover

    ABŞ hökuməti Huawei ilə əməkdaşlığı bərpa etməyə hazırlaşır

    Elm & Texnologiya
    15.07.2019
    Farid Pardashunas
        Bu ilin may ayında ABŞ hökumətinin ticarət nazirliyi Huawei şirkətini qara siyahıya daxil etmişdi. Lakin sanksiyaların zəiflədilməsi üzrə razılaşmanın əldə olunması bu vəziyyəti dəyişə bilər. Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən şirkət ilə iş əlaqələrinin bərpa olunmasına yaxın zamanda start veriləcək. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib. Reuters saytının ABŞ şirkətlərinə istinadən verdiyi məlumata əsasən ABŞ hökuməti yaxın 2-4 həftə ərzində yerli şirkətlərə Huawei ilə əməkdalıq üçün lisenziya təqdim edəcək.
        Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ-ın ticarət naziri bildirmişdi ki, yerli şirkətlərə yalnız o halda əməkdaşlıq lisenziyası veriləcək ki, ölkənin milli təhlükəsizliyinə heç bir təhlükə mənbəyi olmasın. Huawei şirkəti isə özünün qara siyahıdan çıxarılmasını tələb edir. Belə ki, onun tərəfdan hansısa casusluq fəaliyyətinin olduğu sübut edilməyib.
        The Wall Street Journal saytının məlumatına əsasən Huawei şirkəti ABŞ-da fəaliyyət göstərən və öz strukturuna daxil olan Futurewei şirkətinin yüzlərlə əməkdaşını işdən azad etməyi planlaşdırır. Hal hazırda ABŞ şirkətləri yalnız varolan mobil şəbəkələrin işlərini dəstəkləmək üçün lazımi təchizatları sata və artıq satılmış smartfonlar üçün proqram təminatı yenilənmələrini təqdim edə bilərlər. Bəzi ABŞ şirkətləri isə hökumət tərəfindən təyin edilmiş qadağalardan yan keçirlər. Belə ki, hömin şirkətlər ABŞ-dan kənarda istehsalat güclərinə sahibdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər