main-post-cover

    ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları zəiflədəcək

    Elm & Texnologiya
    11.07.2019
    Emil Nəcəfov
        ABŞ ilə Çin arasında aylarla gedən ticarət müharibəsindən sonra ABŞ administrasiyası Huawei şirkətinə tətbiq edilmiş bir çox sanksiyaları ləğv edəcək. Bu barədə rəsmi bəyanatı Ağ Evin təmsilçiləri veriblər. Bu barədə Financial Times saytına istinadən 4pda saytı xəbər verib. ABŞ-ın milli iqtisadi şurasının rəhbəri Larry Kudlow bildirib ki, ABŞ-ın ticarət nazirliyi Huawei ilə əməkdaşlıq etmək istəyən şirkətlərə qarşı tətbiq edilmiş lisenziya tələblərini bir qədər zəiflədəcək.
        Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə keçirilmiş “Böyük İyirmilik” sammiti çərçivəsində ABŞ ilə Çin prezidentləri şirkətlər arasındakı əməkdaşlığın bərpa olunması yolunda şifahi razılaşma əldə etmişdilər. Intel Qualcomm şirkətləri də daxil olmaqla digər ABŞ şirkətləri Huawei-yə məhsul satılmasının qadağan edilməsinin ləğvini lobbiləşdirdilər. Onlar qeyd etdilər ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş qadağa şirkətlərin bizneslərinin aparılmasına az təsir edəcək və ən böyük təsiri məhz yerli istehsalçılar görəcəklər.
        Bununla belə ABŞ-ın ticarət naziri Wilbur Ross bildirib ki, hökumət əvvəlki kimi aparıcı texnologiyaları qorumağa davam edəcək və ABŞ şirkətləri üçüncü tərəflə özlərinin intellektual mülkiyyətlərini və ticarət sirlərini bölüşməməlidir. Nazirin sözlərinə əsasən ABŞ hökuməti milli təhlükəsizliyinə qarşı olan potensial təhlükəni özündə birləşdirən xarici məhsulların alışına hələ də qadağa qoyur. Bununla yanaşı bəzi ABŞ şirkətləri Huawei ilə əməkdaşlıq üçün yenə də lisenziya almalı olacaqlar.
    Linki kopyala