main-post-cover

    ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyalarını yenidən təxirə saldı

    Elm & Texnologiya
    12.03.2020
    Farid Pardashunas
        ABŞ prezidenti Donald Trump-ın administrasiyası Huawei şirkəti ilə əməkdaşlıq lisenziyasının müddətinin yenidən uzadılması qərarını qəbul edib. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, keçən ilin may ayında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə etmişdi. Nəticədə ABŞ-dan olan şirkətlər Huawei ilə əməkdaşlığı dayandırmalı oldular.
        Lakin həmin vaxtdan bəri ABŞ hökuməti Huawei Technologies üçün nəzərdə tutulmuş müddətlik general lisenziya (TGL) müddətini uzadır. Bu onun üçün edilir ki, ABŞ şirkətləri Huawei şirkətinin şəbəkə texnologiyalarına alternativ variant tapmaq üçün yetəri qədər vaxta sahib olsunlar. Hal hazırda mövcud olan lisenziya müddəti 1 aprel tarixində sona çatır
         Lakin buna baxmayaraq prezident administrasiyası artıq sözügedən lisenziyanın müddətinin uzadılması qərarını qəbul edib. Beləliklə lisenziya müddəti 15 may tarixinə kimi uzadılıb. Heç istisna deyil ki, 15 may tarixinə az müddət qalmış ABŞ hökuməti lisenziya müddətini yenidən uzadacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Google şirkəti Huawei ilə əməkdaşlığın bərpa olunması üçün Ağ Evdən icazə istəmişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər