main-post-cover

    ABŞ hökuməti Huawei şirkətini yerli şirkətlərin kommersiya sirlərini oğurlamaqda günahlandrır

    Elm & Texnologiya
    14.02.2020
    Farid Pardashunas
        ABŞ hökuməti Huawei və onun tərkibinə daxil olan Huawei Device, Huawei Device USA, Futurewei Skycom şirkətlərini ABŞ şirkətlərinin kommersiya məqsədli sirlərinin oğurlanmasında günahlandırıb. Bu barədə Vc.ru saytı xəbər verib. ABŞ-ın Ədliyyə nazirliyi həmçinin Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou-ya qarşı da ittihamlar təqdim edib. Nazirlik qeyd edib ki, Huawei ABŞ-ın 6 şirkətinin intellektual mülkiyyətini oğurlayıb. Məlumatda həmin ABŞ şirkətlərinin adları qeyd olunmayıb.
        Məlumatda qeyd edilib ki, oğurlanmış texnlogiyalar arasında qaynaq kodlar, anten və robotların test olunması texnologiyaları olub. Ədliyyə nazirliyi bildirib ki, Huawei şirkəti uzun illər ərzində dələduzluq və yalanlar vasitəsilə ABŞ şirkətlərinin kommersiya məqsədli sirlərini oğurlamağa çalışıb. Bunun üçün Huawei ABŞ şirkətləri ilə konfidensiallıq məsələləri üzrə müqavilələr bağlayıb və müqavlələrin şərtlərini pozub, ABŞ şirkətlərinin keçmiş əməkdaşlarını işə götürüb və həmçinnin rəqiblərdən olan konfidensial məlumatları əldə etmiş əməkdaşlarına bonus proqramını təklif edib.
        Qeyd etmək lazımdır ki, Çin ilə ABŞ arasında olan ticarət müharibəsi nəticəsində keçən ilin may ayından başlayaraq ABŞ hökuməti Huawei şirkətini qara siyahıya salaraq onun öz regionunda fəaliyyətini məhdudlaşdırıb. Hal hazırda Huawei ABŞ-dan olan şirkətlərlə müəyyən müddətlik üzrə verilmiş lisenziya vasitəsilə çalışır. Dünən isə ABŞ hökuməti sözügedən lisenziyanın müddətini 1 aprel tarixinə kimi uzatdı
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər