
ABŞ hökuməti Huawei smartfonlarından istifadəni məsləhət görmür
Elm & Texnologiya
14.02.2018
Emil
FBI, CIA və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi, vətəndaşlarını Huawei smartfonlarından və bu şirkətin servislərindən istifadə etməməyə çağırıb.
Bu barədə Reuters saytı xəbər
verib. ABŞ senatı qarşısında çıxış edərkən xüsusi dövlət orqanlarının təmsilçiləri
bildiriblər ki, “Huawei” şirkətinin rəhbərliyi Çin hökuməti ilə sıx əlaqədədir
və çox güman ki, onun xüsusi orqanları ilə əməkdaşlıq edir.
“Məlumat yığaraq və öz istehsalı olan smartfon markalarını dinləyərək Huawei ABŞ telekommunikasiya infrastrukturuna təzyiq göstərə bilər. Bu isə məlumatın yığılması, oğurlanması və yerinin təyin olunmadan izləməsi imkanını verir” – deyə FBI direktoru bildirib.
Digər tərəfdən bu cür bəyanatlar absurd səslənir. Əsasən də xüsusi
dövlət orqanlarının məsələn “Apple” şirkətindən istifadəçi məlumatlarını və ya
iCloud hesablarını tələb etmələri fonunda bu qəribə səslənir. Bəlkə də sözügedən
dövlət orqanları rəhbərlərinin fikrincə “Huawei” şirkətinin CEO-su Tim Cook
kimi mənəvi prinsiplərə sahib deyil. Buna görə də onlar Çin şirkətinin casusluq
etməsindən şübhələnirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
