ABŞ hökuməti Huawei-yə qarşı olan sanksiyaları genişləndirməyi planlaşdırır

ABŞ hökuməti Huawei-yə qarşı olan sanksiyaları genişləndirməyi planlaşdırır

Texnologiya
02.12.2019 PAYLAŞIM

    Huawei şirkətinin ABŞ bazarında fəaliyyətinin davam etdirilməsi üçün nəzərdə tutulmuş lisenziya müddətinin uzadılması və yerli şirkətlərinə Huawei ilə əməkdaşlığın aparılması üçün olan lisenziyaların verilməsinə baxmayaraq görünür, ABŞ hökuməti Huawei şirkətinə qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır. Bu barədə Reuters saytı xəbətr verib.

    Verilmiş yeni məlumata əsasən ABŞ hökuməti Huawei şirkətinin yerli bazarda fəaliyyətinin məhdudlaşdırılması üçün əlavə sərt qərarlar verməyi planlaşdırır. Belə ki, Trump administrasiyası Huawei şirkətinin ABŞ regionundakı fəaliyyətinin məhdudlaşdırılmasının bu ilin may ayında təyin edilməsindən və bunun hələ ki, Huawei şirkətinin ABŞ bazarına təchizat göndərməyinə təsir göstərmədiyindən narazıdır. Məsələn bir çox ABŞ şirkətləri hələ də Huawei ilə əməkdaşlığı davam etdirirlər. Onların sırasında Intel, Xilinx Micron kimi şirkətlər var.


    Xilinx şirkətinin rəhbəri hələ yayda qeyd etmişdi ki, onların hüquqşünasları dövlətin tələblərini incələyərək nəticəyə gəliblər ki, 28 nanometrlik və digər növ çiplər 5G şəbəkəsinin ötürülməsi üçün nəzərdə tutulmayıb. Bu isə öz növbəsində həmin çiplərin Huawei şirkətinə satılmasını qanuni edir. İndi isə ABŞ hökuməti sanksiyaları biraz da genişləndirərək Huawei şirkəti ilə öz məhsullarında ABŞ texnologiyaları və ya komponentlərindən istifadə edən təchizat istehsalçıları arasındakı əməkdaşlığa qadağa qoymaq istəyir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonlar nə zaman..

1 il bundan öncə OPPO və Xiaomi şirkətləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sah..


AirPods Pro, Marshall Major III və Beats EP - Hansı? | Hədiyyə edirik

Bu 3 cihazdan birini hədiyyə qazanmaq üçün videonu izləyin və qaydalara əməl edin. Qaydalar videoda ..


Snapdragon 875 yeni çipset nüvələri ilə performansda nirvana olacaq

Qualcomm şirkətinin növbəti çipseti Snapdragon 875 ARM şirkətinin yeni Cortex nüvələrini istifadə ed..


Bu ilki yeni iPad modeli bu vacib özəllikdən məhrum ola bilər

Artıq beynəlxalq standart kimi qəbul edilmiş USB Type-C girişinə keçid məsələsində Apple şirkətinin ..


Huawei şirkəti 5G-nin işə salınmasını asanlaşdıran və ucuzlaşdıran yeni texnolog..

5G şəbəkə texnologiyası 3G və 4G şəbəkə texnologiyalarından yüksək sürət baxımından fərqlənir...


Xiaomi Mi Band 5 qolbağının rəsmi təqdimat tarixi elan edildi

Çinin WeChat sosial şəbəkəsindəki Xiaomi Mall adlı ictimai səhifəsində Xiaomi Mi Band 5 fitnes qolba..

×