main-post-cover

    ABŞ ilə Çin arasındakı ticarət müharibəsində sülhün əldə olunması üçün razılığa gəlinib

    Elm & Texnologiya
    16.12.2019
    Farid Pardashunas
        ABŞ ilə Çin uzun müddət sürmüş ticarət müharibəsində sülhün əldə olunması üzrə razılığa gəliblər. Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı ticarət müharibəsi artıq dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurub. Bu barədə The Wall Street Journal saytı xəbər verib. İki ölkə arasındakı razılaşma hələki sənəd üzərində əldə olunub. Lakin razılaşmanın rəsmi şəkildə imzalanması artıq gələn aya gözlənilir. ABŞ prezidenti Donald Trump bu müqaviləni fenomenal adlandırıb.
        “Biz, Çin ilə müqavilənin ilkin mərhələsini sonlandırdıq və danışıqlara müqavilənin ikinci mərhələsində 2020-ci ildəki seçkiləri gözləmədən tez bir zamanda başlayacağıq” - deyə Turmp bildirib. Qeyd etmək lazımdır ki, əvvəlki qərara əsasən ABŞ 15 dekabr tarixindən başlayaraq ümumi dəyəri 160 milyard dollar olan Çin məhsullarına görə əlavə dövlət rüsumu əldə edəcəkdi. Lakin ABŞ hökuməti həmin qərarı ləğv edib. Bundan əlavə olaraq ABŞ hökuməti ümumi dəyəri 120 milyard dollar olan Çin məhsulları üçün təyin edilmiş 15%-lik dövlət rüsumunu da iki dəfə aşağı salmağı söz verib.
        Beləliklə dəqiq şəkildə demək olar ki, Apple şirkətinin məhsullarının qiymətlərində artım olmayacaq. Çin hökuməti də ABŞ-a cavab olaraq təyin etmiş olduğu dövlət rüsumlarını ləğv edib. Qeyd etmək lazımdır ki, ABŞ-ın yeni qərarlarına cavab olaraq Çin hökuməti də ABŞ-dan olan məhsullara 6-10% dəyərində dövlət rüsumu təyin etmişdi. Bura əsasən avtomobillər və avtomobil hissələri daxil idilər.
        Çin hökuməti qeyd edib ki, mütəmadi olaraq əlavə dövlət rüsumlarından digər kateqoriyalı məhsullar da azad olacaqlar. Bununla yanaşı Çin yaxın 2 il ərzində ABŞ-dan müəyyən növ məshulların və xidmətlərin əldə olunmasını söz verib. Bura ilk növbədə kənd təsərrüfatı məhsulları daxil olacaqlar. Həmçinin Pekində ABŞ texnologiyalarının oğurlanması məsələsinin aydınlaşdırılmasına da söz verilib. Bu razılaşmanın Huawei şirkətinin ABŞ-dakı fəaliyyətinə necə təsir edəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər