ABŞ məhkəməsi Telegram-a öz blockchain layihəsinin tokenlərini buraxmağa qadağa qoydu

ABŞ məhkəməsi Telegram-a öz blockchain layihəsinin tokenlərini buraxmağa qadağa qoydu

Texnologiya
25.03.2020 PAYLAŞIM

    Keçən ilin oktyabr ayının ortasında ABŞ-ın birjalar və dəyərli kağızlar üzrə komissiyası (SEC) Telegram messencerinin tokenlərinin ilkin yerləşdirilməsinin müəyyən müddətlik qadağasına nail olmuşdu. Beləliklə yarım illik məhkəmə prosesindən sonra Nyu York ştatının federal məhkəməsi Gram tokenlərini dəyərli kağızlar qəbul edərək onların investorlara ötürülməsini qadağan etdi. Bu barədə 4pda saytı xəbər verib. İlk növbədə SEC-in Telegram-a qarşı olan iddiası ondan ibarət idi ki, messencer rəhbərliyi tokenlərin təklifini qeydiyyatdan keçirtməyib və ABŞ qanunvericiliyindən yan keçib.

    Telegram-ın hüquqşünasları isə öz növbələrində məhkəməyə sübut etməyə çalışırdılar ki, Gram tokenləri dəyərli kağızlar deyillər. Tokenlərin ilk investorlara satışları üçün həmin tokenlərin qeydiyyatdan keçirilməsinə ehtiyacın qalmaması üzrə Telegram-ın təqdim etdiyi qane etməyən arqumentlər səbəbilə federal məhkəmə messencerin tokenlərini dəyərli kağız qəbul edib. SEC-in fikrincə TON-u (Telegram Open Network) əldə etmiş istifadəçilər tokenlərin kənar bazarlarda satılması üzrə pul qazanmağı planlaşdırırdılar. Bu isə ABŞ qanunvericiliyinə ziddir.

    TON blockchain platforması ümumilikdə 5 milyon Gram tokenini istifadəyə verməyi planlaşdırırdı. Onlardan 2.9 milyon token artıq investorlar tərəfindən alınmışdı. 2.9 milyon tokenin ümumi dəyəri isə 1.7 milyard dollar təşkil edir. Sözügedən blockchain platformasının keçən ilin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılırdı. Lakin SEC-in təzyiqi sayəsində həmin proses bu ilin aprel ayına keçirildi. Telegram məhkəmənin ilkin qərarını appelyasiya məhkəməsinə vermək hüququna sahibdir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi brendi öz ilk smart qolbağını təqdim etdi - QİYMƏTİ

Xiaomi şirkətinin Redmi brendi Mi Fan Festival tədbiri çərçivəsində özünün ilk smart qolbaq modelini..


Yeni büdcəli iPhone modelinin adı Apple saytında təsdiqləndi

Son bir neçə ay ərzində insayderlər iPhone SE smartfon modelinin davamçısı barəsində çoxlu sayda məl..


Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzər..

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstər..


Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni ..


MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə..


Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençm..