
ABŞ-ın Hərbi Hava Qüvvələrinin vacib məlumatları yoxa çıxıb
Elm & Texnologiya
07.05.2017
Farid
ABŞ-ın Hərbi Hava Qüvvələrinin məlumatlar bazasının xidmətinə
nəzarət edən Lockheed Martin şirkəti severlərin işində nasazlıqların olduğunu
bildirib. Həmin nasazlıqlar nəticəsində ABŞ-ın Hərbi Hava Qüvvələrinin son 12
ildə apardığı araşdırmalar yoxa çıxıb. Araşdırmalarda dələduzluq, müxtəlif
oğurluqlar, vəzifə səlahiyyətlərindən suistifadə, vətəndaşlar arasındakı
konfliktlər və Hərbi Hava Qüvvələrinin digər daxili işləri haqqındakı məlumatlar
var idi. Hərbi mütəxəssislərin verdikləri məlumata əsasən nasazlıq hackerlərin
hücumu nəticəsində baş verməyib. Hadisə ilə bağlı araşdırmanı Pentaqon və kibertəhlükəsizlik
sahəsi üzrə fəaliyyət göstərən fərdi şirkətlər aparacaqlar. Lockheed Martin
şirkətinin mütəxəssisləri 2 həftə ərzində itmiş məlumatları bərpa etməyə
çalışıblar. Lakin onların səyləri boşa çıxıb.
Paylaş
Bənzər xəbərlər