main-post-cover

    ABŞ sanksiyaları səbəbilə Mate 30 smartfonlarının satşları təxirə salına bilər

    Elm & Texnologiya
    02.09.2019
    Farid Pardashunas
        Artıq 19 sentyabr tarixində yeni Huawei Mate 30 ilə Mate 30 Pro smartfon modellərinin təqdimatları gözlənilir. Lakin ABŞ hökumətinin sanksiyaları deyəsən şirkətin planlarına bir qədər dəyişikliklər edib. Belə ki, internetdə Mate 30 seriyasının satışlarının təxirə salınacağı barəsində məlumatlar yayılıb. Bu barədə South China Morning Post saytı xəbər verib. Bəzi mənbələrin verdikləri məlumatlara əsasən şirkət Mate 30 seriyasını hələki Çin bazarı üçün satışa çıxarda bilər. Bu halda smartfonların qlobal bazarlar üçün təqdimatları təxirə salına bilər.
        Bütün məsələ Google şirkətindədir. Bir neçə müddət bundan öncə o bildirmişdi ki, ABŞ sanksiyaları səbəbilə Mate 30 seriyası Google servislərini və Play Market online mağazasını əldə etməyəcəklər. Artıq satışa çıxmış smartfonlara isə bu məsələ şamil olunmur. Təbii ki, Huawei şirkəti bu halda lisenziyasız açıq kod mənbəli Android versiyasından istifadə edə bilər. Lakin çətin ki, Google servislərinin olmaması qlobal bazarlardakı istifdəçiləri sevindirsin.
        Şirkət həmçinin öz smartfonlarına HarmonyOS adlı fərdi əməliyyat sistemini də quraşdıra bilər. Lakin həmin əməliyyat sistemi çox güman ki, daha çox çinli istifadəçilər üçün yarayacaq. Şirkətin bu vəziyyətdə hansı tədbiri görəcəyi və Mate 30 seriyasının ümumiyyətlə qlobal bazarda satışa çıxıb-çıxmayacağı hələki bilinmir. Hər halda şirkət hələ ki, Mate 30 seriyasının təqdimat tarixini rəsmi şəkildə elan etməyib. 19 sentyabr tarixini isə bir çox mənbələr qeyd ediblər. Sadəcə olaraq şirkətin rəsmi məlumatını gözləmək qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər