
ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkətinin gəlirləri yüksəlib
Elm & Texnologiya
16.10.2019
Emil
Huawei şirkəti bu ilin ilk 9 ayı ərzində əldə etdiyi gəlirlərdən danışıb. Şirkətin verdiyi hesabata əsasən ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsinə baxmayaraq onun gəliri 24.4% yüksəlib. Bu barədə Digger.ru saytı xəbər verib. Şirkət qeyd edib ki, bu ilin ilk üç rübü ərzində o, 185 milyondan çox smartfon sata bilib. Bu isə keçən ilki eyni müddət üzrə göstəricidən 26% çoxdur.
Şirkətin təqdim etdiyi hesabatdakı bu göstəricilər hələ bir neçə müddət bundan öncə analitiklərin verdikləri proqnozlara ziddirlər. Belə ki, bu ilin may ayında ABŞ hökuməti tərəfindən şirkətə qarşı təyin edilmiş sanksiyalar səbəbilə analitiklər şirkətin gəlirlərinin aşağı düşəcəyini gözləyirdilər. Huawei həmçinin qeyd edib ki, o, bütün dünya üzrə 5G dəstəkli təchizatların hazırlanması üçün şəbəkə operatorları ilə 60-a yaxın müqavilə bağlayıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
