main-post-cover

    ABŞ sanksiyalarına baxmayaraq Huawei smartfonlarının satışları yüksəlib

    Elm & Texnologiya
    30.07.2019
    Emil Nəcəfov
        2019-cu ilin birinci yarısında Huawei şirkəti stabil olaraq çalışırdı və yaranmış problemlərə baxmayaraq rekord göstəricilərin əldə olunacağını gözləyirdi. Məlum olub ki, şirkətin smartfon satışları yüksəlib. Bu barədə Gagadget saytı xəbər verib. Son məlumatlar onu göstərir ki, bu ilin birinci yarısında şirkət 118 milyon smartfon satıb. Yəni şirkət hər 3 aydan bir 59 milyon smartfon satışı reallaşdırıb.
        Nəticədə şirkətin ilk yarım il üzrə ümumi gəlir göstəricisi 32 milyard dollar təşkil edib. Şirkətin təmiz gəliri isə 21 milyard dollar təşkil edib. Bununla yanaşı şirkət bildirib ki, onun kompüter, planşet, smart saat və s. kimi digər məhsullarının satışları da yüksəlib. Şirkətin yaradıcısı və CEO-su olan Ren Zhengfei bildirib ki, ABŞ sanksiyaları səbəbilə şirkət 2 il ərzində 30 milyard dollar itirəcək.
    Linki kopyala