
ABŞ senatı, Face ID texnologiyasından narahatdır. Şirkət, istifadəçi məlumatlarını digərlərinə sata bilər
Elm & Texnologiya
15.09.2017
Face ID texnologiyasına sahib iPhone X hələ satışa çıxmayıb, lakin bir çoxları konfidensiallıq məsələsi barəsində narahatdır.
Bu məsələ ilə bağlı ABŞ senatında iki sual yaranıb. “Apple”,
xüsusi xidmət orqanlarına insanların üz skanlarını ötürəcək mi? Və ya şirkət
özünün müxtəlif məqsədləri üçün həmin məlumatları yığacaq mı? ABŞ senatoru Al
Franken, Tim Cook-a, özünü narahat edən sualları birləşdirən məktub göndərib.
Onun bir sıra sualları, iPhone X-in prezentasiyasından sonra xəbər agentlikləri tərəfindən
səsləndirilmişdi. “Apple” bildirəndəki Face ID-nin səhv etməsi ehtimalı
milyonda birə bərabərdir, kibertəhlükəsizlik üzrə mütəxəssislər, şirkəti tənqid
etməyə başladılar. Al Franken bilmək istəyir ki, bu texnologiyanın yaradıcıları
hansı əsasa görə bu cür ehtimalı qeyd ediblər və texnologiyanın hack
olunmasının qarşısını almaq üçün hansı tədbirləri görüblər. Məlumata əsasən
şirkət bu alqoritm üçün milyard sayda foto misalı ilə təlim keçib.
Franken-in
birinci sualı ondan ibarətdir ki, şirkət həmin fotoları hardan götürüb. Senator
qorxur ki, şirkət bu alqoritmi öz məqsədləri üçün istifadə edərək insanların üz
skanlarını digər şirkətlərə və dövlət orqanlarına satacaq. iPhone X-in təqdimatı
zamanı şirkətin marketinq üzrə vitse-prezidenti Phil Schiller, qeyd etmişdi ki,
iPhone X-də olacaq bütün biometrik məlumatlar, smartfonun prosessoru vasitəsilə
cihazın özündə emal olunacaq və heç bir bulud servisə yönləndirilməyəcək. Lakin
senator əmin olmaq istəyir ki, şirkət, gələcəkdə də bu qayda üzrə hərəkət edəcək
və insanların məlumatlarını özündə saxlamayacaq. Franken həmçinin bilmək istəyir
ki, şirkət uzaqdan, istifadəçinin smartfonuna daxil olaraq ordakı biometrik məlumatları
götürmək imkanına sahibdir yoxsa yox. Bununla yanaşı senatoru maraqlandıran daha
bir məsələ isə ondan ibarətdir ki, əgər polislər və digər xidmət orqanları,
şirkətdən hansısa istifadəçinin məlumatlarını əldə etmək istəsələr, onda şirkət
buna necə reaksiya verəcək?
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...