Logo
    main-post-cover

    ABŞ Ticarət Nazirliyi Kirin 9000s prosessoru ilə bağlı istintaqa start verib

    Elm & Texnologiya
    08.09.2023
    Emil
     
        Keçən həftə Huawei şirkəti Mate 60 Mate 60 Pro smartfonlarını təqdim etdi. Daha sonra məlum oldu ki, sözügedən yeni smartfonlar Kirin 9000s adlı yeni prosessor vasitəsilə çalışırlar və üstəlik 5G dəstəyinə sahibdirlər. Bu fakt öz növbəsində ABŞ hökumətinin diqqət mərkəzinə çevrilib. Bloomberg saytının verdiyi məlumata əsasən ABŞ parlament üzvlərinin Kirin 9000s prosessorunun mənşəyinin araşdırılması ilə bağlı çağırışları öz bəhrəsini verib. Belə ki, eskport məhdudiyyətlərindən cavabdeh olan ABŞ Ticarət Nazirliyi sözügedən prosessorun mənşəyinin təyin edilməsi ilə bağlı istintaqa start verib.
        Daha öncə də bildirildiyi kimi Çinin prosessor istehsalçılarından heç biri 7 nanometrlik prosessorların istehsalı üçün nəzərdə tutulmuş təchizata sahib deyil. Kirin 9000s prosessorunun mənşəyi barəsində ortaya çıxmış ilkin məlumatlarda güman edilirdi ki, prosessorun istehsalı ilə məşğul olan SMIC şirkətinin istifadə etdiyi texnologiyanın Çinə eksport olunmasına ABŞ, Yaponiya və Hollandiya tərəfindən sanksiyalar təyin edilməyib. Bloomberg-in vermiş olduğu məlumata əsasən Kirin 9000s prosessorunun mənşəyinin və arxitekturasının təyin olunması istiqamətində ABŞ Ticarət Nazirliyi rəsmi istintaqa start verib.
    Paylaş
    Bənzər xəbərlər