
Acer 540 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
13.09.2023
Acer şirkəti rekord göstəricidə təsvir yenilənməsi dəstəyinə sahib yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Acer XV242F adını əldə edib. Sözügedən yeni gaming monitoru 540 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.1 düym TN ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor hərəsi 2 vatt gücündə olmaqla 2 ədəd səsgücləndirici ilə təchiz olunub. Monitor üstəlik NVIDIA G-Sync texnologiyasını dəstəkləyir. Acer XV242F özündə DisplayPort 1.4 və HDMI 2.0 girişlərini birləşdirir. Acer XV242F artıq satışa çıxıb və hələ ki, yalnız Çin bazarında satılır. Onun qiyməti 670$ təşkil edir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...