Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Texnologiya
09.06.2023 PAYLAŞIM

    Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib. Sözügedən yeni gaming monitoru yüksək təsvir yenilənməsinə sahib yastı ekranı ilə seçilir. Beləliklə Acer Nitro XV272URV monitoru 144 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 27 düym IPS ekran ilə təchiz olunub. İstifadəçi öz istəyinə uyğun olaraq ekranın təsvir yenilənməsini 170 Hz-ə yüksəldə bilər. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və onun piksel sıxlığı 109 ppi-dır. Ekran həmçinin DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor həmçinin özündə stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi, DisplayPort HDMI girişlərini birləşdirir. Acer Nitro XV272URV artıq Avropa bazarında satışa çıxıb və 400 avro qiymətində satılır.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×