
Acer Predator X32Q FS adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
22.08.2023
Emil
Acer şirkəti Predator seriyasına daxil olan yeni gaming monitorunu anons edib. Yeni gaming monitoru Acer Predator X32Q FS adını əldə edib. Sözügedən yeni gaming monitoru 150 Hz-lik təsvir yenilənməsinə sahib 4K Ultra HD keyfiyyətli 32 düym IPS LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Ekran AdobeRGB rəng diapazonunun 99%-ni əhatə edir. Acer Predator X32Q FS özündə DisplayPort 1.4, USB-C və HDMI 2.1 girişlərini birləşdirir. Bununla yanaşı monitora 7 vatt gücündə stereo səsgücləndiricilər quraşdırılıb. Acer Predator X32Q FS-in satışlarına oktyabr ayında start veriləcək və onun qiyməti 1375$ təşkil edəcək. Satışlar Çində keçiriləcək. Monitorun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər