main-post-cover

    Acer Predator XB273U V3 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    01.12.2023
    Emil Nəcəfov
         Acer şirkəti Predator XB283K V3 ilə yanaşı daha bir gaming monitorunu təqdim edib. Təqdim edilmiş ikinci gaming monitoru da Predator seriyasına daxil olub. O, Acer Predator XB273U V3 adını əldə edib və Predator XB283K V3-dən iki dəfə daha ucuz qiymətə satılır. Beləliklə Acer Predator XB273U V3 monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və NVIDIA G-SYNCAMD FreeSync Premium texnologiyalarının dəstəklərinə sahibdir. Predator XB273U V3 özündə bir ədəd DisplayPort girişini və iki ədəd HDMI 2.0 girişini birləşdirir. Üstəlik monitora iki ədəd səsgücləndirici quraşdırılıb və onlardan hər biri 2 vatt gücündədir. Predator XB273U V3 artıq satışa çıxıb və 250$ qiymətində satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Acer Predator XB283K V3 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    acer-predator-xb283k-v3-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti