Logo
    main-post-cover

    Acer Predator XB283K V3 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ

         Acer şirkəti özünün Predator seriyası altında yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitoru Acer Predator XB283K V3 adını əldə edib. Beləliklə bu yeni monitor 150 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 28 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və AMD FreeSync Premium ilə NVIDIA G-Sync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Üstəlik monitora iki ədəd səsgücləndirici quraşdırılıb və onlardan hər biri 2 vatt gücündədir. Acer Predator XB283K V3 artıq satışa çıxıb və 500$ qiymətində satılır.
    Paylaş
    Bənzər xəbərlər