Logo
    main-post-cover

    Adı bilinməyən şəxs səhvən Apple Store mağazasına bir qutu metamfetamin göndərib

        Nyu York-da yerləşən Apple Store mağazalarından birinə daxilində çoxlu sayda kristallik metamfetamin olan qeyri-adi qutu göndərilib. Mağaza əməkdaşları FedEx vasitəsilə çatdırılmış bu qutunu görəndən sonra çox təəccübləniblər. Əməkdaşlardan biri qutunu açıb və onun daxilində 1 kq-a yaxın kristallik metamfetamin aşkar edib. Daha sonra mağazaya polislər gəlib və mağazanı bir neçə saatlığa bağlayıblar. Polislər hadisə barəsində araşdırma aparıblar və nəticədə həmin qutu onlar tərəfindən götürülüb. Mühafizə orqanları qutunu göndərmiş şəxsin adını açıqlamayıblar. Lakin bildiriblər ki, həmin şəxs artıq həbs olunub. Belə ki, qutunu göndərmiş şəxs bir gün sonra FedEx çatdırılma servisi vasitəsilə aşkar edilib. Apple şirkəti isə öz növbəsində baş vermiş hadisə ilə bağlı heç bir fikir bildirməyib.

    Paylaş
    Bənzər xəbərlər