
Adi fotoları incəsənət nümunəsinə çevirən istifadəçi
Elm & Texnologiya
07.05.2017
Farid
Artıq bir neçə ildir ki, "Reddit” portalının istifadəçisi çox maraqlı və qəribə işlə məşqul olur.
O hər dəfə sübut edir ki, istənilən adi fotonu incəsənət
nümunəsinə və ya hansısa filmin posterinə çevirmək olar. Bütün dünyadan olan
istifadəçilər Your Post As A Movie adlı anonim istifadəçiyə müxtəlif fotolar
göndərirlər. Anonim istifadəçi isə öz növbəsində həmin fotoları müxtəlif film
posterlərinə çevirir. O uydurulmuş filmlərin adlarından və şüarlarından başqa həmçinin
həmin filmlərə aktyorları da seçir. Onun işinin pərəstişkarı olan istifadəçilər
qeyd edirlər ki, Hollivud bu istifadəçinin qeyri-adi bacarığından istifadə etməlidir.
Paylaş
Bənzər xəbərlər