Logo
    main-post-cover

    Adi suyu istənilən içkiyə çevirən Vocktail adlı stəkan təqdim olundu (VİDEO)

    Sinqapur Beynəlxalq Universitetinin alimləri insanların reseptorlarını aldadaraq daxilindəki istənilən içkinin dadını dəyişən Vocktail adlı stəkan yaradıblar.
    İstənilən içki həmin stəkana töküləndən sonra istifadəçi onun dadı, rəngi və qoxusu ilə müxtəlif təcrübələr apara bilər. Stəkanda olan işıq diodları içkinin rəngini dəyişirlər. Stəkanın kənarında olan elektrodlar insanın dilini stimullaşdıraraq içkinin dadını şirin, duzlu və ya acı edə bilirlər. Stəkana yerləşdirilmiş xüsusi boru isə müxtəlif qoxulu qazlar ifraz edir. Məsələn istifadəçi istədiyi anda laym qoxusunu hiss edə bilər. Beləliklə alimlər rəqəmsal limonad yaradıblar. Virtual içki insanda, suyun əvəzinə şirin və dadlı içkinin içilməsi təəssüratını yaradır. Lakin əslində bu zaman insan adi su içir. Alimlər əmindirlər ki, Vocktail hal hazırda trenddə olan virtual reallıq sahəsinin ayrılmaz hissəsi olacaq.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Adi suyu istənilən içkiyə çevirən Vocktail adlı stəkan təqdim olundu (VİDEO) | Technote