
"Adobe" 540 milyona "TubeMogul"u satın aldı
Elm & Texnologiya
07.05.2017
Farid
"Adobe" öz standartlarından kənar çıxaraq böyük bir alış-veriş həyata keçirdi. Belə ki, şirkət məşhur bir reklam texnologiya firmasını almaq üçün 540 milyon dollarlıq təklif irəli sürdü.
Belə ki, "Adobe" təqdim etdiyi bir sıra məshulları
ilə texnologiya bazarında özünəməxsus yerə sahibdir. Amma bu dəfə şirkət fərqli
bir yatırım etdi və "TubeMogul"u almaq haqda qərarını açıqladı.
"TubeMogul" 2006-cı ildə qurulan, agentlik və
markalara video reklam xidməti verən şirkətdir. 2014-cü ildə artıq ictimaiyyətə
də təqdim olunan şirkət son vaxtlar bir qədər geriləmə yaşayırdı. Hətta bu həftə "TubeMogul"un hissə payları 8 dollar səviyyəsində aşağı düşüb. Amma buna baxmayaraq, "Adobe" bu şirkətin hər bir hissə
payı üçün 14 dollar ödəmək təklifi ilə
çıxış edib. Firmanın son vaxtlar o qədər də uğur əldə etməməsini nəzərə alsaq
bu doğrudan da çox böyük rəqəmdir. Şirkətin bütün nəğd pul və borclarını əhatə
edən yekun məbləğ 540 milyon dollar təşkil etdi.
Edilən açıqlamaya görə "TubeMogul" bundan
sonra Adobe Marketing Cloud daxilində
yer alacaq və müstəqil reklam ilə məlumatların idarə olunması xidmətini təmin
edəcək. "Adobe”un səlahiyyətli nümayəndələrindən olan Brad Rencher verdiyi açıqlamada televiziyada, filmlərdə və ya
məşhur Hollywood filmlərində artıq
video reklamların xüsusi yer tutduğunu, "TubeMogul"u almaqla "Adobe" müştərilərinə
daha yüksək səviyyəli xidmətlər təklif edəcəklərini dilə gətirib.
Bundan sonra "TubeMogul"un CEO-su Brett Wilson "Adobe"un daxilində öz heyəti
ilə birgə işinə davam edəcək.
Paylaş
Bənzər xəbərlər