Logo
    main-post-cover

    'Adobe' şirkəti, smartfonu kiçik skanerə çevirəcək Adobe Scan tətbiqini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    03.06.2017
    Emil

    “Adobe” şirkəti, Adobe Scan adlı yeni mobil tətbiqi təqdim edib.

    Bu tətbiq, smartfonu və ya planşeti, portativ skanerə çevirir. Sadəcə olaraq tətbiqi işə salaraq kameranı lazımi sənədin üzərinə yaxınlaşdırmaq kifayətdir. Tətbiq həmin sənədi skan edərək onun rəqəmsal kopyasını yaradacaq. Bundan əlavə olaraq yaradılmış kopyanı həmçinin redaktə etmək də mümkündür. Adobe Scan əsasən öz dərsliklərini və ev tapşırıqlarını tez-tez skan edən tələbələr və müxtəlif sənədlərlə işləyən şəxslər üçün faydalı olacaq. Adobe Scan vasitəsilə qeydləri, çap olunmuş sənədləri, vizitkaları, fotoları, kitab və jurnal səhifələrini, elanları, prezentasiyalardan olan slaydları və s. kimi məlumatları PDF-də yaddaşda saxlamaq mümkündür. Bütün skan olunmuş məlumatlar, Adobe Document Cloud ilə sinxronlaşdırılır və istənilən cihazda aktiv olur. Bir çoxları üçün ən faydalı funksiya isə skan olunmuş sənədin redaktə edilməsi olacaq. Adobe Scan-ın təməlində Adobe Sensei adlı maşın təlimi dayanır. Onun vasitəsilə sözügedən tətbiq, sənədin sərhədlərini müəyyən edə və skan olunmuş kontentin keyfiyyətini artıra bilir. Adobe Scan-ı pulsuz olaraq AndroidiOS üçün yükləyə bilərsiniz.

    Paylaş
    Bənzər xəbərlər