main-post-cover

    'Airbus' şirkəti öz ilk uçan taksisini təqdim etdi

    Elm & Texnologiya
    14.11.2017
    Farid Pardashunas
    Aviaistehsalçı şirkət olan “Airbus” şaquli eniş və qalxış özəllikli Vahana adlı uçan taksinin prototipini təqdim edib.

    İlk dəfə uçan taksi layihəsini “Airbus” hələ 2016-cı ildə anons etmişdi. Bu uçan taksi bir nəfər üçün nəzərdə tutulub və onun vintləri uçuş zamanı yerlərini dəyişirlər. Şirkətin planına əsasən Vahana tamamilə elektrikli olacaq və avtopilot sisteminə sahib olacaq. Uçan taksi üçün eniş sahələrinin böyük şəhər binalarının damında yerləşəcəyi güman olunur.

    Şirkət bildirib ki, təqdim olunmuş fotolarda uçan taksinin sadəcə olaraq prototipi əks olunub və o hətta tam ölçüdə deyil. Vahana-nın ilk test uçuşlarının bu ilin sonuna kimi keçirilməsi planlaşdırılır. Uçan taksinin final versiyasının isə 2020-ci ildə təqdim olunacağı gözlənilir. Qeyd etmək laızmdır ki, hal hazırda uçan taksi üzrə dünyanın 19 şirkəti məşğul olur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər