Logo
    main-post-cover

    "Airbus", uçan avtomobil konsepsiyasını təqdim etdi (VİDEO)

    "Airbus”, uçan avtomobil konsepsiyası Pop.Up-ı təqdim etdi.

    Avropa mərkəzli təyyarə istehsalçısı "Airbus”, Pop.Up adını verdiyi uçan avtomobil  konsepsiyasını Cenevrə Avtomobil sərgisində təqdim etdi. "Italdesign” və "Airbus” əməkdaşlığı ilə hazırlanan bu uçan avtomobil, xüsusilə şəhər içi nəqliyyat və ümumi nəqliyyat üçün düşünülüb. Tamamilə elektrik ilə işləməsi gözlənilən modelin üzərində dörd ayrı pərvanə var və uçuşu eynilə bir drone kimi həyata keçirir. Pop.Up, karbon fiber bir gövdəyə sahibdir və ölçüləri 2.6 metr, 1.4 metr və 1.5 metrdir. İki kreslolu avtomobil, şaquli olaraq qalxıb enir. Süni zəkayla idarə olunan avtomobil, şəhərdəki yol vəziyyətinə görə ən yaxşı həlli təqdim edəcək. Qısacası gedəcəyiniz məsafədə quru yolunda tıxac olması vəziyyətində, "Airbus”un inkişaf etdirdiyi texnologiya sizə uçmağı təmin edəcək. Xatırlayacağınız kimi "Airbus”, son olaraq Vahana adlı layihəsi üzərində çalışdığını bildirmişdi. "Airbus”un Cenevrədə tanıtdığı Pop.Up konsepsiyasını ətraflı olaraq təqdim etdiyi  videonu aşağıdan izləyə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər