Logo
    main-post-cover

    AirDrop funksiyasının analoqunu yaratmaq üçün Xiaomi, OPPO və Vivo şirkətləri birləşdilər

        Xiaomi, OPPO Vivo şirkətləri birlikdə xüsusi alyansın yaradıldığını elan ediblər. Bu alyansın əsas məqsədi isə müxtlif istehsalçılara məxsus olan smartfonlar arasındakı fayl ötürülməsini asanlaşdırmaq və sürətləndirməkdir. Bu barədə Gizmochina saytı xəbər verib. Güman edilir ki, hər hansı bir brenddən və sistem təminatı yenilənməsindən asılı olayacaq bu texnologiya artıq bu il istifadəyə veriləcək.
        Bu 3 şirkətin birləşməsi nəticəsində smartfonlar arasında faylları saniyədə 20 Mbit sürətlə ötürmək olacaq. Bu cür əlaqə sisteminin təşkilində isə kənar tətbiqlərdən istifadəyə və istifadəçinin təyinat nöqtəsini ayarlamağa ehtiyac qalmayacaq. Faktiki olaraq bu texnologiya Apple şirkətinin uzun illər ərzində öz smartfonlarında işlətdiyi AirDrop funksiyasının analoqudur. Hal hazırki dövrdə demək olar ki, istənilən Android smartfon istehsalçısı özünün fayl ötürülməsi sistemindən istifadə edir.

        Bu məsələdə vahid standarta keçid isə öz növbəsində bütöv bir platforma üçün universal qərar ola bilər. Bu hər 3 şirkət yaradılmış yeni alyansa yeni iştirakçıların qoşulması üzrə digər şirkətlərə səslənirlər. Məlumata əsasən Xiaomi, Vivo və OPPO şirkətlərinin olduqları bu siyahıya həmçinin Huawei ilə Honor brendləri də daxil ola bilərlər. Qeyd etmək lazımdır ki, Huawei şirkəti Matebook noutbuk modelləri arasında sürətli fayl ötürülməsi üçün nəzərdə tutulmuş Huawei Share OneHop texnologiyasına artıq sahibdir.
    Paylaş
    Bənzər xəbərlər