AirPods 2 Apple şirkətinin ümidlərini doğrultmadı

AirPods 2 Apple şirkətinin ümidlərini doğrultmadı

Texnologiya
17.06.2019 PAYLAŞIM

    Bir neçə ay bundan öncə Apple şirkəti naqilsiz AirPods qulaqlıqlarının ikinci nəslini satışa çıxartmışdı. İkinci nəsil AirPods qulaqlıqlarının birinci nəsildən əsas fərqi onda idi ki, onlar naqilsiz şarj keysinə sahib idilər. İndi isə Counterpoint Research şirkəti bu ilin birinci rübü üzrə hesabatı təqdim edib. Həmin hesabata əsasən AirPods 2 qulaqlıqlarının nə dərəcədə uğurlu olduqlarını görmək olar. Bu barədə 9to5mac saytına istinadən Gagadget saytı xəbər verib.

    Beləliklə bu ilin birinci rüb nəticələrinə əsasən Apple şirkətinin naqilsiz qulaqlıqlar və aksessuarlar bazarındakı payı keçən ilin birinci rübündəki payı ilə eynidir. Burdan da belə nəticəyə gəlmək olar ki, AirPods 2 şirkətin ümumi satışlarına təsir etməyib. "Yeni modelin satışları bazarın qeyri-müəyyən reaksiyası səbəbilə əvvəlcədən gözlənildiyindən zəif olub" - deyə Counterpoint Research şirkətinin analitikləri bildiriblər.


    Bununla yanaşı müxtəlif endirim və aksiya kampaniyaları sayəsində birinci nəsil AirPods qulaqlıqları ikinci nəsildən daha yaxşı satılır. Çox güman ki, istifadəçilər yeni AirPods modellərində daha çox dəyişikliklər gözləyirdilər. Naqilsiz şarj keysindən əlavə olaraq AirPods 2 H1 adlı yeni çip ilə təchiz olunub, yeni Siri səsli əmrləri əldə edib.

    Bununla yanaşı telefon danışıqları zamanı AirPods 2-nin çalışma müddəti 2 saatdan 5 saata kimi yüksəlib. Qulaqlığın dizaynı da daxil olmaqla digər bütün özəlliklər baxımından o, birinci AirPods-dan heç fərqlənmir. Lakin satışlar üzrə tam yekun nəticələr daha sonra məlum olacaq. Belə ki, qulaqlıqlar birincü rübün sonunda satışa çıxmışdılar. Buna baxmayaraq Apple şirkəti 50%-dən çox pay sahibi göstəricisi ilə bu bazarın lideridir.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Mazda şirkəti MX-30 adlı ilk elektromobilini təqdim etdi (VİDEO)

Tokioda keçirilmiş avtomobil sərgisi çərçivəsində Mazda şirkəti özünün ilk elektromobil modelini təq..


Huawei şirkəti qatlana bilən Mate X'in satış tarixini və qiymətini elan etdi..

Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli Mate X-i hələ bu ilin fevral ayında təqdim etmiş..


Huawei şirkəti Google servislərinin alternativlərinin axtarışındadır

ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar səbəbilə Huawei Mate 30 və Mate 30 Pro smartfon mo..


Samsung şirkətinin AR eynəyinin patent fotosu ortaya çıxdı

İnternetdə Samsung şirkətinin AR eynəyinin patenti ortaya çıxıb. Həmin patentdə şirkətin AR eynəyini..


NASA agentliyi Marsa ilk astronavtların nə zaman göndəriləcəyini elan etdi

Bir neçə gün bundan öncə NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandr modell..


Redmi Note 8T'nin keyfiyyətli render fotoları təqdim olundu

Dünən biz xəbər vermişdik ki, təkzib edilmiş məlumatlara baxmayaraq Xiaomi şirkəti Redmi Note 8T sma..