Reklam
AirPods qulaqlıqları istifadəçinin təhlükəsizliyini təmin etmək üçün onu izləyə biləcəklər

AirPods qulaqlıqları istifadəçinin təhlükəsizliyini təmin etmək üçün onu izləyə biləcəklər

Texnologiya
08.07.2022 PAYLAŞIM

    Apple şirkəti naqilsiz qulaqlıqlarından istifadə edənlərin təhlükəsizliklərini təmin etmək üçün nəzərdə tutulmuş yeni orijinal funksiyanı patentləşdirib. Sözügedən funksiya hərəkətdə olan zaman musiqiyə qulaq asanların potensial təhlükəli hadisələrdən qorunmaları üçün nəzərdə tutulub. Patentə əsasən yeni texnologiya qulaqlıqların qoşulmuş olduqları cihazda (iPhone və ya Apple Watch) ANC funksiyası ilə GPS modulunun birgə çalışmasına əsaslanır. Beləliklə iPhone və ya Apple Watch-da olan GPS modul peyk məlumatları vasitəsilə istifadəçinin, insanların çox olduqları yol kəsişməsinə yaxınlaşdığını təyin edəndən sonra alqoritm qulaqlıqlarda oxunan musiqinin səsini aşağı sala və ya ümumiyyətlə dayandıra bilər.

    Bu üsul ilə sistem istifadəçini diqqətli olmağa çağıracaq. Şirkətin patentində bu funksiyanın alternativ çalışma variantı da mövcuddur. Məsələn istifadəçinin yol boyu hərəkəti zamanı bu sistem istifadəçinin yalnız yol tərəfə istiqamətlənmiş qulağındakı qulaqlığın səsini aşağı sala bilər. Bundan əlavə olaraq əgər istifadəçi velosiped vasitəsilə hərəkət edirsə və GPS modul yolun həddindən artıq yüklənmiş olduğunu güman edirsə AirPods qulaqlıqları yeni sistem vasitəsilə musiqi səsini aşağı sala bilərlər. Bu öz növbəsində istifadəçiyə ətrafda baş verənlərdən agah olmağa imkan verəcək. Qeyd etmək lazımdır ki, Apple şirkətinin bu cür sistemi patentləşdirdiyi, onun dəqiq şəkildə yaxın gələcəkdəki AirPods modellərinə inteqrasiya ediləcəyi mənasını vermir. Ola bilər ki, bu sistem uzaq gələcəkdəki AirPods modellərində reallaşdırılsın. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..


BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib.


OnePlus Nord Buds CE adlı yeni büdcəli naqilsiz qulaqlıqlar təqdim edilib - QİYM..

Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək. Lakin ondan öncə şirkət N..

×