main-post-cover

    Aksessuar istehsalçısı Huawei P30 ilə P30 Pro smartfonlarının dizaynlarını ortaya çıxartdı

    Elm & Texnologiya
    08.02.2019
    Farid Pardashunas
        Smartfon üçün aksessuar istehsalı ilə məşğul olan şirkətlər çox zaman hələ təqdim edilməmiş smartfon modellərinin dizaynlarını ortaya çıxardırlar. İndi isə bu cür vəziyyət Huawei P30P30 Pro modelləri ilə baş verib. Belə ki, hər iki smartfonun render fotoları Spigen adlı aksessuar istehsalçısının keyslərində ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib.

        Gözlənildiyi kimi smartfonlar genişformatlı ekrana və ekran üzərində V şəkilli çıxıntı hissəyə sahib olacaqlar. Bundan əlavə olaraq ortaya çıxmış fotolarda smartfonların arxa kamera sayları və LED işıqlandırma sisteminin yerləşmə vəziyyətləri üzrə fərqləri də görmək olar. Qeyd etmək lazımdır ki, hər iki smartfon OLED ekranla təchiz olunacaq. P30 modeli 6.1 düym ekrana, P30 Pro modeli isə 6.5 düym ekrana sahib olacaq. Smartfonlar Kirin 980 prosessoru və 8/10/12 GB RAM ilə təchiz olunacaqlar.

        P30 modelində 3.5 mm-lik audiogiriş və üçlü arxa kamera, P30 Pro modelində isə 4 ədəd arxa kamera yerləşdiriləcək. Sözügedən smartfon modellərindən əlavə olaraq şirkət həmçinin P30 Lite smartfonunu da təqdim edəcək. Lakin onun barəsində məlumat hələki yoxdur. Son yayılmış məlumata əsasən Huawei şirkəti yeni P30 smartfon seriyasını bu ilin mart ayının sonunda Parisdə təqdim edəcək. Qeyd etmək lazımdır ki, şirkət həmçinin MWC 2019 sərgisi çərçivəsində də təqdimat keçirdəcək və həmin təqdimatda ilk dəfə olaraq özünün əyilə bilən smartfon modelini göstərəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər