
Ağıla gələ bilməyəcək əşyadan bionik əl protezi yaratdı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Amerikalı həvəskar mühəndis Evan But (Evan Booth) Keurig qəhvə aparatının hissələrindən bionik əl protezi düzəldib. Protezin düzəldilmə prosesini Evan videoya çəkərək öz YouTube kanalında paylaşıb.
Bütün proses 5 dəqiqəlik videoda (təbii ki, əslində protezin
hazırlanması 1 həftə vaxt alıb) təqdim olunub. Technote.az-ın "Hi-tech.mail.ru" saytına istinadən verdiyi xəbərə əsasən ilk öncə Evan qəhvə aparatını
adi alətlər ilə hissələrə ayırıb. Bu cür alətlər hər birinizin evində var.
Sonra o, hissələrin yarısını emal edib. Hissələrin emal edilməsi protezin barmaq
və digər elementlərini real insan əlinə bənzətmək üçün lazım olub. Qəhvə maşını
hissələrindən başqa Evan yalnız yapışqan və böyük olmayan adapterdən istifadə
edib. Nəticə çox maraqlı alınıb. Bionik əl öz sahibinin əmrlərinə yaxşı tabe
olur. Protezin barmaqlarını tərpətmək, əymək və protez vasitəsilə əşyaları
götürmək olur.
Paylaş
Bənzər xəbərlər