'Alibaba Group', texnologiyaların inkişafı və tədqiqatına 15 milyard dollar investisiya yatırır
Elm & Texnologiya
11.10.2017
Farid Pardashunas
Çinin “Alibaba Group” şirkəti, növbəti 3 il ərzində yeni texnologiyaların hazırlanması və tədqiqatına 15 milyard dollar investisiya yatıracaq.
Bu layihə, şirkətin, 2 milyard müştəriyə xidmətin göstərilməsi və 20
il ərzində 100 milyon iş yerinin yaradılması məqsədinin reallaşdırılmasına
yardımçı olacaq. Techcrunch-ın verdiyi xəbərə əsasən “Alibaba”, 7 tədqiqat
laboratoriyasının açılmasını və bütün dünya üzrə 100 mütəxəssisin cəlb
olunmasını planlaşdırır.
Beləliklə həmin laboratoriyalar, süni zəka, internet əşyaları,
kvant hesablamaları, maliyyə texnologiyaları və digər sahələr üzrə tədqiqatlarını
apara biləcəklər. Sözügedən layihə, DAMO Academy (Discovery, Adventure,
Momentum və Outlook) adını alıb. Bu layihə çərçivəsində Pekin və Hançjou (Çin),
San-Mateo və Belvyu (ABŞ), Moskva, Tel-Aviv (İsrail) və Sinqapurda tədqiqat
laboratoriyaları istifadəyə veriləcək. Hal hazırda “Alibaba”da 25000 nəfər mühəndis
və alim çalışır. Məlumata əsasən şirkət hər il tədqiqatlara 3 milyard dollar vəsait
xərcləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ