"Alibaba Group"un yaradıcısı Jack Ma-dan sahibkarlara 5 məsləhət
Elm & Texnologiya
23.11.2017
Emil Nəcəfov
18 il ərzində Jack Ma “Alibaba”nı
dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevirdi. Təkcə 11 Noyabr
tarixində keçirilmiş endirimli alış-veriş günündə şirkət 25 milyard dollardan
çox gəlir əldə etmişdi. Honkonqda keçirilmiş Jumpstarter 2017 adlı startap
yarışmasında çıxışı zamanı Jack Ma sahibkarlar auditoriyasına öz məsləhətlərini
verib.
1. Yaxşı sahibkar həmişə optimist olmalıdır. Jack Ma-nın fikrincə həmişə neqativ fikirlərdən azad olmaq lazımdır. Sahibkar həmişə optimist tərzdə düşünməlidir. “Siz həmişə optimist olmalısınız. Böyük sahibkar optimizm ilə gələcəyə baxır. Özünüzə sual verməlisiniz ki, siz hansı problemləri həll edə bilərsiniz və sizin qərarınız digərlərinin qərarlarından ne ilə fərqlənəcək? Özünüzdən soruşun ki, siz digər istənilən sahibkardan nəyi yaxşı edə bilərsiniz?” – deyə Jack Ma bildirib.
2. Sizi əhatə edən insanlar hər şeyi
dəyişə bilərlər. Ətrafınızı sizin tərzdə düşünən insanlarla əhatə edin və
arzunuzun ardınca gedin. “Sizə sizinlə çalışacaq insanlar qrupunu tapmaq
lazımdır. Həmin insanlar sizin düşüncələrinizi dəstəkləyirlər. Onlar sizə ona
görə qoşulmayıblar ki, bu sadəcə olaraq maaşlı işdir. Onlar sizə ona görə
qoşulublar ki, onlar sizin arzunuza, missiyanıza və düşüncənizə inanırlar. Bu o
demək deyil ki, siz bütün gücünüzü sərf edərək ən yaxşı mütəxəssisləri
tapmalısınız. Dünyanın ən yaxşı mütəxəssislərini tapmağa ehtiyac yoxdur. Sizin
komandanızda olanlar artıq ən yaxşılarıdır. Həmin komandanı məşq etdirin,
onunla çalışın. Onda o komanda da həmçinin sizə çox şeyi öyrədəcək” – deyə Ma
bildirib.
3. Başa düşün ki, nəyisə qurban vermək
lazım olacaq. Uğura gedən yol heç də asan deyil. “Nəticədə nə əldə edəcəyiniz
barədə düşünməyin. Nə verə biləcəyiniz barədə düşünün. 3 və ya 10 ərzində qalib
gələcəksiniz? Əgər sizin böyük ideyanız varsa, özünüzü 10 ilə hazırlayın. Əgər bəxtiniz
gətirsə, sizə 1 il də bəs edəcək. Lakin çoxları bu qədər bəxtəvər deyillər” –
deyə Ma qeyd edib. Onun fikrincə sürətli qələbələr deyilən özəllik ümumiyyətlə
yoxdur. “Gələn ay və ya gələn il uğur qazanacağınızı özünüzə söz verməyin.
Mümkün deyil. Bu barədə unudun. Əgər ağlınızda 3 ili tutmusunuzsa, özünüzü 5 ilə
hazırlayın. Nədən imtina etmək lazım olduğunuzu anladığınız zaman onun yerinə nəyisə
əldə edə biləcəksiniz” – deyə Ma bildirib. Buna bariz nümunə kimi o, “Alibaba”nın
investisiya tarixini göstərib. Şirkətin ilk investisiya raundunda o, 50.000$ əldə
etmişdi. “Biz düşünürdük ki, bu vəsait bizə 10 ay üçün bəs edəcək. Biz xərclənmiş
hər bir cent-i sayırdıq. Lakin həmin məbləğ heç 4 ay üçün çatmadı. Biz demək
olar ki, iflas olmuşduq” – deyə Ma qeyd edib.
4. Məşhur trendlərə öz diqqətinizi
yönəltməyin. Bu cür səviyyəyə çatmağı “Alibaba” necə bacardı? Bunun səbəblərindən biri odur
ki, həmin vaxtlarda internet çox yerdə yayılmamışdı. “Elektron kommersiya bu dərəcədə
trenddə olmayan bir sahə idi. Heç kim ona inanmırdı. Lakin biz inanırdıq. Digərlərinin
nə dedikləri bizi maraqlandırmırdı. Biz düşünürdük ki, onun gələcəyi var, o,
insanlara yardımçı olacaq. Buna görə də biz bu layihəyə start verdik” – deyə Ma
qeyd edib.
5. Gözləməyin ki, hər şey sizin üçün hazır olacaq. Tez start verib sürətlə irəliləmək laızmdır. Sizin layihəniz üçün
hər şeyin hazır olacağını gözləmək lazım deyil. “Yaxşı mühitin və ya siyasətin
yaradılacağını gözləməyin. Hər şey yaxşı olduğu zaman artıq sizin imkanlarınız
yoxdur”. Əgər hakimiyyət sizin planlarınız üçün yaxşı olacaq qərarlar qəbul
edibsə, onda başqa açıq yola üz tutun. “Əgər hakimiyyət qeyd edibsə ki, bu və
ya digər sahədə artıq hər şey hazırdır, başqa sahəyə üz tutun. Belə ki, bu sahədə
artıq sizin heş bir şansınız yoxdur” – deyə Ma bildirib.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!