Alimlər atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradıblar

Alimlər atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradıblar

Texnologiya
26.01.2022 PAYLAŞIM

    Arizona Universitetinin alimi Klaus Lackner-in rəhbərliyi altında tədqiqatçılar xüsusi mexaniki ağaclar yaradıblar. Yaradılmş həmin mexaniki ağaclar atmosferdəki CO2 qazını yığa biləcəklər. Məlumata əsasən bu mexaniki təchizatlar CO2 qazını təbii ağaclardan daha effektiv şəkildə yığa biləcəklər. Mexaniki ağaclar diametri 1.5 metrlik xüsusi disklərə sahib olan yüksək sütunlar şəklindədirlər. Disklər bir-birilərindən 5 sm-lik məsafədə yerləşirlər. Yüksək sütunların sahib olduqları disklər kimyəvi qətran örtüyü ilə əhatə olunublar. Nəticədə həmin kimyəvi qətran atmosferdən CO2 qazının yığılması üçün nəzərdə tutulub. Yığılmış CO2 qazı xüsusi anbarlara yerləşdirilir və daha sonra ondan nəqliyyat növləri üçün nəzərdə tutulmuş sintetik yanacağın istehsalında istifadə etmək olar.

    Bu üsul ilə yanacaq istehsalı prosesində neft ilə qazın istifadəsini dəfələrlə aşağı salmaq mümkün olacaq. Klaus Lackner yaxın gələcəkdə bu cür mexaniki ağaclardan ibarət 3 ferma inşa etməyi planlaşdırır. Onlardan biri artıq bu ilin sonunda Arizona ştatı ərazisində istifadəyə verilməlidir. Sözügedən layihənin reallaşdırılması üçün alimlər ABŞ Energetika Nazirliyindən 2.5 milyon dollar maliyyə əldə ediblər. 12 ədəd mexaniki ağac gün ərzində 1 ton həcmində CO2 qazı yığa bilər. 1200 ədəd mexaniki ağacdan ibarət kiçik ferma 100 ton həcmində CO2 qazı yığmaq potensialına sahibdir.


    2-3 kvadrat kilometr əraziyə sahib böyük ferma gün ərzində 10.000 ton, bütün dünya üzrə 250 ədəd bu cür ferma isə gün ərəzində 2.7 milyon ton həcmində CO2 qazı yığa bilər. Alimlərin sözlərinə əsasən planlaşdırılan ilk 3 fermanın istifadəyə verilməsindən sonra onlar hər gün 1000 ton həcmində CO2 qazı yığa biləcəklər. Hal hazırda CO2 qazının ifrazı o qədər böyükdür ki, təbii ağaclar onları yenidən oksigenə emal etməkdə çətinlik çəkirlər. Atmosferdə yığılan CO2 isə öz növbəsində qlobal istiləşməyə səbəb olur. İqlim dəyişikliyi ilə bağlı vəziyyət o dərəcədə kritikdir ki, insanlar hətta yanacaq yandırılmasını və CO2 ifrazını tamamilə dayandırsalar da, bu, iqlimin stabilləşməyi üçün kifayət etməyəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×