Üzərində təcrübə aparılan 40 insandan alınan datalar ilə bir analiz aparan Dr. Robert Davni Butin, bu sınaqlardan 30-unda şaqqıldatmaq alışqanlığının olduğunu, 10-unun isə bunu həyatlarında heç yoxlamadıqlarını ortaya çıxardı. Bir növ oynaqlar üçün isinmə hərəkəti vəzifəsini yerinə yetirən şaqqıldatmaq, oynaqlardakı hərəkət genişliyinin də artmasına kömək edir hətta oynaq xəstəliklərinin qarşısına keçməsi üçün yaxşı bir metod belə ola biləcəyini bildirir. Belə ki, sınaqlara dayanaraq bildirilir ki, barmaq şaqqıldadan insanlarda oynaq iltihabı ya da şişlik kimi xəstəliklərə rast gəlinmir.

Alimlər, Barmaq şaqqıldatmağın zərərli olub-olmadığını açıqladılar
Elm & Texnologiya
07.05.2017
Farid
ABŞ-ın UC Davis Sağlamlıq Mərkəzində işləyən elm adamları, barmaq şaqqıldatmağın oynaqlara necə bir təsir göstərdiyini açıqladı.
Barmaqlarınızı
şaqqıldatdığınızda, ətrafdan "belə etmək çox zərərlidir, oynaqlara ciddi ziyan
verir” kimi cümlələrlə tez-tez rastlaşarsınız. Bəs elm adamlarının buna cavabı
nədir? Həqiqətən də barmaqlarınızı şaqqıldatdığınızda oynaqlarınıza zərər verirsiniz
mi?
Əvvəla barmaqlarımızı
şaqqıldatdığımızda nələr olduğuna baxaq. Maye ilə dolu olan iki sümüyün birləşdiyi
oynaq kapsulundakı boş qisim, barmaqlarımızı hər şaqqıldatdığımızda genişlənir
və burdakı maye, sümüklərin arasındakı boşluğu doldurmaq üçün kifayət etmir. Təzyiqin
düşməsi və sonrasında yaranan qaz dolu qabarcıq, barmaqları şaqqıldatdığımız
vaxtdakı o məşhur səsin çıxmasına səbəb olur. Yəni bu səsin arxasındakı tək şey
bir qabarcıq dənəsidir.
Nəticə olaraq "barmaq
şaqqıldatmaq zərərlidir” tezisini müdafiə edən şəxslərə bu xəbərdən yola
çıxaraq lazımlı "elmi” açıqlamanı etməyinizdə heç bir ziyan yoxdur.
Paylaş
Bənzər xəbərlər