
Alimlər ilk süni mədəaltı vəzi yaradıblar
Elm & Texnologiya
07.05.2017
Farid
Kembric Universitetinin alimləri dünyada Android smartfon vasitəsilə çalışan ilk süni mədəaltı vəzini yaradıblar.
Cihaz şəkər xəstəliyindən əziyyət çəkən insanaların qanındakı qlükozanın miqdarını ölçmək üçün nəzərdə tutulub. Süni mədəaltı vəz insulin
nasosu, qlükometr və qəbuledicidən ibarətdir. "Technote.az”ın "Popmech.ru”a
istinadən verdiyi xəbərə əsasən süni mədəaltı vəzdə olan bu komponentlər Android smartfon vasitəsilə çalışır. Qlükometr qandakı şəkərin miqdarını real
vaxtda ölçür. Nasos isə zərurət olduqda lazımı insulin miqdarını ifraz edir. Nəticədə
şəkər xəstəliyindən əziyyət çəkən insanlar qlükozanın miqdarını ölçərək özləri
insulinin miqdarını təyin etməkdən azad olacaqlar. Həmçinin bu sistem hətta xəstə
yatdığı zaman belə dayanmadan çalışa bilər. Alimlərin sözlərinə əsasən bu cür mədəaltı
vəzilər artıq gələn il təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər