main-post-cover

    Alimlər istənilən barmaq izi skanını aldada bilən sistem yaradıblar

    Elm & Texnologiya
    16.11.2018
    Farid Pardashunas
        Barmaq izinin skan sistemləri müasir smartfonlarda və digər cihazlarda geniş istifadə edilir. Güman olunur ki, bu cür sistemlər cihazın yüksək təhlükəsizliyini təmin edə bilərlər. Lakin Nyu-York Universitetinin mütəxəssisləri bu fikri təkzib ediblər. Belə ki, onların yaratdıqları yeni neyron şəbəkəsi sözügedən biometrik üsulu aldatmağı bacarır. Əksər hallarda bu cür skan sistemləri əslində barmağın bütün səthini təyin etmir. Belə olduğu halda sistem yalnız skan hissənin üzərinə düşən barmağın müəyyən hissələrini təyin edir. Alimlər güman ediblər ki, əldə olunmuş dəri rəsmləri arasında qismən olan təsadüflərin sayı həddindən çox ola bilər.
    Sol tərəfdə əsl barmaq izləri, sağ tərəfdə isə sistem tərəfindən yaradılmış barmaq izləri:

        DeepMasterPrints adlı alqoritm hazır barmaq izi skanlarının müqayisə edilməsini və əldə olunmuş məlumatlar əsasında saxta barmaq izlərini yaratmağı öyrənib. Nəticədə sistem barmaq izi skanının effektivliyini aşağı salaraq onu aldatmağı bacarıb. Bundan əvvəl biometrik sensor səhvən digər şəxsin barmaq izini 1000 ehtimaldan birində təyin edə bilirdi. Saxta barmaq izini yaratmış alqoritm isə skan sistemini 5 cəhddə aldada bilib. Bundan əlavə olaraq sözügedən alqoritm hətta orijinal barmaq izi haqqında məlumatlara sahib olmadan orijinalı özünün yaratdığı kopya ilə əvəz etməyi bacarıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər