
Alimlər qlobal okeanlara sahib ekzoplanetlərin mövcudluğunu şübhə altına atıblar
Elm & Texnologiya
19.09.2025
Emil
Bu ilin aprelində britaniyalı alimlərin təqdim etdikləri, ekzoplanetlərdə həyatın mövcudluğuna dair sensasiyalı ilk tutarlı sübut əks nəticə verdi. Bu iş əsasında İsveçrə alimləri göstərdilər ki, yadplanetli həyat axtarışı problemi daha da kəskinləşib - onlar sözün əsl mənasında qlobal okeanı olan “su dünyaları”nın mövcudluğunu ləğv etdilər. Və indi bununla barışmaq lazım olacaq. Qısaca xatırladaq ki, Kembric Universitetinin astronomiya fakultəsinin alimləri, Yer kürəsindən 124 işıq ili uzaqlıqda yerləşən K2-18b ekzoplanetinin atmosferində plankton və bakteriyaların metabolizmini birbaşa göstərən 2 molekul aşkarladıqlarını bildirmişdilər. K2-18b planeti Yerdən 2/5 dəfə böyük, lakin Neptundan kiçikdir. O, Super Yer və ya subneptun hesab olunur. Bir sıra əlamətlərə görə tədqiqatçılar planetin donmayan sudan ibarət qlobal okeanla örtülü olduğunu güman etmişdilər - çünki o öz ulduzunun yaşayış zonasında yerləşir və bu da bioloji həyat üçün əsl inkubatordur.

Tezliklə bu tədqiqat ciddi tənqid olundu. ETH Zurich-in (İsveçrə Ali Texniki Məktəbi) alimləri, Maks Plank Astronomiya İnstitutu və Kaliforniya Universiteti, Los Angeles-dən olan həmkarları ilə birlikdə, ekzoplanetlərdə su dünyalarının mövcudluğu ideyasının özünü şübhə altına atdılar. Tədqiqatçıların fikrincə, indiyə qədər heç kim ekzoplanetlərin daxili quruluşu ilə onların atmosferi arasında geoloji təkamül prosesindəki əlaqəni təhlil etməyib. Aydındır ki, atmosfer qazları ilə planetin daxili arasında çoxsaylı kimyəvi reaksiyalarla intensiv mübadilə baş verir. Bu əlaqənin və reaksiyalardakı kimyəvi balansın aydınlaşdırılması, ekzoplanetin səthində həyatın yaranma ehtimalı olan anda nə qədər suyun qala biləcəyinə cavab verə bilər. Alimlər ilk dəfə 2 modelləşdirmə prosesini birləşdiriblər: planetlərin təkamülü və atmosfer qazları ilə maqmadakı metal və silikatlar arasında baş verən kimyəvi proseslər.

Tədqiqatçılar 248 model planet üçün 26 müxtəlif komponentin kimyəvi tarazlıq vəziyyətini hesablayıblar. Kompüter modelləşdirməsi göstərib ki, kimyəvi proseslər su molekullarının əksəriyyətini dağıdır. Hidrogen (H) və oksigen (O) metallarla birləşərək əsasən planetin nüvəsində yox olur. “Məlumata görə, biz tədqiqatımızda maqma okeanları ilə atmosferlər arasındakı kimyəvi qarşılıqlı təsirlərin, Neptundan kiçik gənc ekzoplanetlərdə suyun miqdarına necə təsir etdiyini öyrəndik” - deyə müəlliflər izah edirlər. Baxmayaraq ki, belə hesablamaların dəqiqliyi müəyyən məhdudiyyətlərə malikdir, tədqiqatçılar əldə olunan nəticələrin etibarlılığına əmindirlər.

“Biz əsas meyillərə diqqət yetirdik və modelləşdirmə vasitəsilə açıq şəkildə gördük ki, planetlərdə əvvəlcədən hesab edildiyindən xeyli az su var. Səthdə faktiki olaraq H2O şəklində qalan su maksimum bir neçə faiz təşkil edir. Mövcud araşdırmada biz bu subneptunlarda ümumilikdə nə qədər suyun olduğunu təhlil etdik. Hesablamalara görə, planet kütləsinin təxminən 50%-ni təşkil edən qalın su qatları olan uzaq dünyalar mövcud deyil. Əvvəllər isə məhz əksi hesab olunurdu. Deməli, 10-90% suya sahib dünyalar olduqca qeyri-mümkündür” - deyə alimlər qeyd ediblər. Alimlərin modellərində Yer səthdəki suyun həcmi ilə bağlı onların nəticələrini təsdiqləyir. Ola bilsin ki, gələcək kəşflərdə də yalnız buna ümid etmək olar. Göstərilən kütlə diapazonuna aid ekzoplanetlərdə su dünyaları mövcud görünmür ki, bu da yadplanetli həyatın axtarışını daha da çətinləşdirir: yüzlərlə və minlərlə işıq ili uzaqlıqdan qlobal okeanı aşkar etmək, ayrıca bir dənizi və ya gölü tapmaqdan xeyli asandır.
Paylaş