Alimlər tərəfindən aparılan araşdırmaya görə, milyonlarla infarktın səbəbi 1 qram duz ola bilər!
Elm & Texnologiya
28.10.2024
Farid Pardashunas
Çində aparılan bir araşdırmaya görə, infarkt və insultların səbəbi duz ola bilər. Bəs, gündəlik tövsiyə edilən düz miqdarı nə qədərdir və Azərbaycanda adambaşına düşən gündəlik duz istehlakı bu normanı aşırmı?
Duz istehlakı adətən təzyiq və ürək-damar xəstəlikləri üçün əsas şübhəlilər arasında yer alır, amma duzun təsirləri həmişə tam olaraq başa düşülmür. Çində aparılan bir araşdırma, duz istehlakını azaltmağın cəmiyyətə təsirlərini üzə çıxarıb. Bu araşdırmaya görə, Çində gündəlik adambaşına 1 qram daha az duz istehlakı, 2030-cu ilə qədər 9 milyon infarkt və insult hadisəsinin qarşısını ala bilər. Tədqiqatçılara görə, Çində gözlənilən bu infarktların 4 milyonu ölüm riski daşıyır. Tədqiqatçılar bildirirlər ki, Çində gündəlik adambaşına duz istehlakı 11 qramdır. Tədqiqatda həmçinin Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi gündəlik 5 qramlıq duz istehlakı hədəfinə çatmaq üçün yol xəritələri də hazırlanıb.
Əlbəttə ki, hər cəmiyyət eyni şəkildə qidalanmır və Azərbaycan mətbəxi ilə Çin mətbəxi olduqca fərqli qidalar ehtiva edir. Buna baxmayaraq, araşdırmanın nəticələri Azərbaycan üçün də vacib məlumatlar təqdim edir. Ölkəmizdə də gündəlik duz istehlakı Dövlət Statistika Komitəsinin açıqlamalarına əsasən təxminən 16 qram səviyyəsindədir, yəni tövsiyə edilən həddən təxminən 3 dəfə artıqdır. Ürək-damar xəstəlikləri əsas ölüm səbəbləri arasında yer alır. Hazır və emal edilmiş qida istehlakının artması duz qəbulunu artırır. Araşdırmada yüksək duz qəbulunun böyrək problemləri və bəzi xərçəng növlərinin artmasına səbəb ola biləcəyi də vurğulanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin dünyanın ən güclü maqnitini istehsal edib!
Çin dünyanın ən güclü maqnitini istehsal edib!
Çin, yüksək maqnit sahəsi texnologiyasında uğurla yeni bir dövr açmış ola bilər. Hefei Fizika Elmləri İnstitutu, 42 tesla rezistiv maqnitlə ABŞ-ın 2017-ci ildən bəri olan 41.4 teslalıq rekordunu yeniləyib.
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin əşyalarla bağlı sözləri öyrənmə sürətinin körpələrdən daha yüksək olduğu müəyyən edilib. Bu maraqlı tədqiqatın detallarını təqdim edirik...
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Qlobal istiləşmə Dünyadakı hər kəsi təhdid edən amillərdən biridir. Müxtəlif geomühəndislik metodları ilə bunun qarşısının alına biləcəyi düşünülür. Yeni bir tədqiqat isə almaz tozlarının istifadəsini təklif edir.
Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!
Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!
Gözlər nə qədər qəlbin aynası olsa da, bir çox xəstəliklərlə bağlı ipucları da verə bilir: Bununla yanaşı, Indiana Universitetində çalışan alimlər, tibb sahəsində inqilabi bir dövrə qədəm qoymağımıza səbəb ola biləcək bir cihaz hazırlayıblar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!