
Alkoqollu içkiyə vaxtında STOP dedizdirəcək ağıllı qolbaq
Elm & Texnologiya
07.05.2017
Farid
CES 2017 beynəlxalq sərgisində Proof adlı "ağıllı” qolbaq təqdim edilib.
Bu qolbağın əsas özəlliyi isə onun, istifadəçinin fiziki
aktivliyi deyil ziyafətlərdə və ya başqa yerlərdə alkoqollu içki tələbatının səviyyəsini
nəzarətdə saxlamasıdır. Sözügedən qolbaq Android və iOS əməliyyat sistemli
smartfona Bluetooth vasitəsilə qoşularaq qandakı alkoqolun miqdarı haqqında məlumatları
istifadəçiyə bildirir. Bunun üçün qolbaq, xüsusi elektrokimyəvi ötürücüdən
istifadə edir. Qandakı alkoqolun miqdarı haqqındakı nəticələr, Blood Alcohol
Content sistemi vasitəsilə ötürülür. Nəticə isə ümumi qan miqdarına əsasən
etanolun faiz göstəricisi şəklində əks olunur. İstənilən zaman istifadəçi, qolbağı elə ayarlaya bilər ki, qandakı alkoqolun miqdarı müəyyən həddə çatandan
sonra qolbaq, vibrasiya ilə istifadəçini xəbərdar etsin. Beləliklə istifadəçi
vaxtında alkoqollu içki tələbatını dayandıra biləcək.
Bundan əlavə olaraq smartfonlar üçün nəzərdə tutulmuş tətbiq
vasitəsilə bilmək olacaq ki, gecə, keçmiş əyləncəli tədbirdən sonra səhər sükan
arxasına keçmək olar yoxsa yox. Tətbiq, istifadəçinin davranışlarını analiz edərək
onun növbəti gecə nə qədər alkoqollu içki içəcəyini də müəyyən edə bilir. Qandakı
alkoqolun miqdarı, xüsusi kartric vasitəsilə müəyyən edilir. Həmin kartric,
qolbağın istehsalçısı tərəfindən patentləşdirilib. Kartric fasiləsiz olaraq 12
saat çalışa bilir. Qolbağın özünü isə 4 gündən bir şarj etmək lazım gələcək. Bu
il "Proof” şirkəti öz "ağıllı” qolbaqları üçün vəsaitin toplanması
kampaniyasına start verməyi planlaşdırır. Qolbağın güman olunan qiyməti isə
100-150$-dır. Buna baxmayaraq ABŞ-ın Beynəlxalq Səhiyyə İnstitutu artıq sözügedən
layihəyə 100.000$ investisiya yatırıb.
Paylaş
Bənzər xəbərlər