
Ağıllı tatunun əsas xüsusiyyəti nədir? (Video)
Elm & Texnologiya
07.05.2017
Farid
Ağıllı telefonlardan sonra ağıllı tatuların
da dəb olması gözlənilir. Belə ki, bir çoxlarının sevdiyi texnologiya və tatunu
özündə birləşdirən cihazların tezliklə istifadəçilərin rəğbətini qazanması gözlənilir.
Yaşadığımız dövrdə artıq hər şeyin "ağıllı” olması heç kimi təəccübləndirməsə də,
MTI (Massaçusets Texnologiya İnstitutu) tərəfindən prototip olaraq inkişaf etdirilən DuoSkin adlı dizayn nümunəsinin
funksiyalarının istifadəçi marağına səbəb olması gözlənilir. DuoSkin-in
funksiyaları sizlərə macəra filmlərindəki qeyri-adi yenilikləri xatırladacaq. "Giriş
cihazı” olaraq istifadə edə biləcəyiniz bu tatu, dərinizi bir növ "trackpad-ə”
çevirəcək. Amma bu özəl tatunun xüsusiyyətləri bununla bitmir. Belə ki, bunun
köməyi ilə bədən tempraturunuzun dəyişməsinə görə onu quraşdıra bilərsiniz. Son
olaraq bu tatular NFC cihazları olaraq da istifadə oluna bilər. Bu
funksiyalardan əlavə tatunun visual görünüşü də yetərincə göstərişli və fərqlidir. Sözügedən tatuların üzük, qolbaq və boyunbağı kimi də dizaynını verə bilərsiniz. Video
vasitəsilə tatunun xüsusiyyətləri haqda məlumat ala bilərsiniz.
Paylaş
Bənzər xəbərlər